Qadin.NET / Ledi Qaqadan Konçitaya maraqlı təklif

Ledi Qaqadan Konçitaya maraqlı təklif

Ledi Qaqadan Konçitaya maraqlı təklif

Ledi "The ARTPOP Ball’" adlı turunda Konçitanın da iştirak etməsini istəyir.Hər zaman qeyri-adi geyimləri və hərəkətləri ilə gündəmdə qalmağı bacaran pop ifaçı Ledi Qaqa "Eurovision 2014" mahnı müsabiqəsinin qalibi, transseksual Konçita Vürstə maraqlı təklif edib.

 ANS PRESS-in məlumatına görə, müsabiqənin rəsmi saytında belə bir məlumat dərc edilib ki, Ledi Qaqa "saqqallı qadın"ın menecerlərinə yeni təklif göndərib.  Təklifdə qeyd olunub ki, Ledi "The ARTPOP Ball’" adlı turunda Konçitanın da iştirak etməsini istəyir. K. Vürstün menecerləri açıqlamalarında bildiriblər ki, Ledi Qaqa avstriyalı müğənninin səsinə heyran olub və onu bütün dünyaya göstərmək istəyir. 
Belə ki, qalib olduğu gündən etibarən hər hərəkəti ilə medianın gündəmində olan Konçita təklifi qəbul etdərsə, sentyabr ayının 16-dan etibarən İstanbuldan Ledi Qaqa ilə tura qatıla bilər.

Mənbə: anspress.com 

24 may 2014
GO BACK