Ermənistan prezidenti qurultayda çıxış edib. "Qarabağ uğrunda müharibə hələ başa çatmayıb". ANS PRESS-in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının 15-ci qurultayında deyib. O, bildirib ki, atəşkəs haqda sazişin imzalanmasından 20 il keçməsinə baxmayaraq , Dağlıq Qarabağ müharibəsi nə uduzan, nə də udan tərəf üçün bitib. Prezidentin sözlərinə görə, hazırda Dağlıq Qarabağ ətrafında informasiya müharibəsi gedir. “Bu müharibədə güllələrdən istifadə edilmir”, - deyə Serj Sarkisyan bildirib.
Mənbə: anspress.com