Qadin.NET / Şöbə müdiri işdən qovuldu

Şöbə müdiri işdən qovuldu

Şöbə müdiri işdən qovuldu

Bu barədə qərar Nazirlik komissiyasının keçirdiyi iclasında qəbul edilib.

Səhiyyə Nazirliyi Ağstafa Mərkəzi Rayon Xəstəxanasının Doğuş şöbəsinin müdirini də işdən çıxarıb. Bu barədə qərar Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyasının bu gün keçirdiyi iclasında qəbul edilib. İclasda Sabirabad Perinatal Mərkəzində və Ağstafa Mərkəzi Rayon Xəstəxanasında baş verən 2 ana ölümü faktı müzakirə edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məlumata görə, iclasda Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədovla yanaşı, Ağstafa Mərkəzi Rayon Xəstəxanasının Doğuş şöbəsinin müdiri Ziba Məmmədovanın da vəzifəsindən uzaqlaşdırılması qərara alınıb.
A.Qədirli Vüsal Məmmədovun işdən azad olunmasının təkcə rüşvətlə bağlı olmadığını bildirib: "Sabirabad Perinatal Mərkəzin direktorunun rüşvət almaq məsələsi olmasaydı belə, hər iki həkim barədə müvafiq qərar veriləcəkdi. Çünki bu il ərzində bu xəstəxanaların hər birində iki ana ölümü baş verib. Bu da əlbəttə ki, həmin xəstəxanalarda işin lazımı səviyyədə qurulmaması və səhlənkarlıqdan xəbər verir". Xatırladaq ki, Ağstafa rayonunda 1988-ci il təvəllüdlü Əhmədova Təranə mart ayında Ağstafa rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdikdən sonra ölmüşdü.Sabirabad rayonunun Çolpu kənd sakini, 1987-ci il təvəllüdlü Rzayeva Alidə Ağalar qızı 14 mayda gecə mərkəzdə qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. 38 həftəlik olan uşaq dünyaya gələndən sonra qadında daxili qanaxma başlayıb və son nətiicədə qadın dünyasını dəyişib.

Mənbə: anspress.com

25 may 2014
GO BACK