Havalar isindikcə tərləmə ən aktual problemlərdən birinə çevrilir. Düzdür tərləmək orqanizmin normal fəaliyyətinin nəticəsidir. Amma bu normadan artıq olduqda ciddi problemlər yarada bilər. Britaniyalı alimlər yayqabağı maraqlı araşdırma aparıb. ANS PRESS-in məlumatına görə, bu dəfə onlar tərləməyə səbəb olan 3 tərəvəzi müəyyən ediblər. Bu prosesə bir necə məqam təsir edə bilər. Bunların arasında hətta qəbul etdiyimiz qidalar da var. Bu siyahıda soğan, sarımsaq və pomidor da var. Sən demə faydalı likopin maddəsi ən güclü antioksidant olub bir çox xəstəlik, o cümlədən xərçəngdən müdafiə etməklə bərabər həm də neqativ qoxu yaradan, bu qoxunun tərlə çıxmasına səbəb olan maddə ilə də boldur. Bunu yoxlamaq üçün mütəxəssislər gündə bir necə dəfə duş qəbul etmələrinə baxmayaraq pis tərləyən insanlar seçilib. Araşdırmala çərcivəsində onlara bəzi məhsulları, o cümlədən pomidordan istifadəni dayandırmağı məsləhət görüblər. Nəticədə bir necə həftədən sonra tər qoxusu əhəmiyyətli dərəcədə azalıb. "Bununla da belə nəticəyə gəlinib ki, tomat və pomidor çox yeyən insanların pis qoxumaq riski ilə üz-üzədirlər".