Qadin.NET / Noutbuklar yaxşı satılmır

Noutbuklar yaxşı satılmır

 

2014-cü ilin aprelində dünyanın beş aparıcı noutbuk istehsalçısı 2013-cü ilin mart və müvafiq ayı ilə müqayisədə daha az noutbuk tədarük edib. Digitimes Research analitiklərinin məlumatına görə, tədarüklərin həcmi müvafiq olaraq 24% və 3% azalıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər azalmanı belə izah edirlər ki, şirkətlərin əksəriyyəti martda noutbukların anbar ehtiyat tədarükünü artırıblar, buna görə apreldə noutbuklara tələbat azalıb. Brend istehsalçıların beşliyindən yalnız Asustek Computer ötən ayla müqayisədə tədarüklərin həcmini artırmağa müvəffəq olub. Ekspertlər Acer və Dell şirkətlərində 15%-lik azalma qeydə alıblar. Hewlett-Packard şirkətində bu göstərici 40%-i ötüb. 
Mənbə:Milli.Az

 

24 may 2014
GO BACK