Qadin.NET / İmtahanlar yaxınlaşır, məzunlar isə...

İmtahanlar yaxınlaşır, məzunlar isə...

Dərs ili başa çatmaq üzrədir. Məzunlar son zəngə hazırlaşırlar. Digər tərəfdən buraxılış imtahanlarına sayılı günlər qalıb. Hələ bunun ardınca ali və orta ixtisas məktəblərinə keçiriləcək qəbul imtahanlarını demirik. Deməli, gərginlik artır. Onbirincilər üçün məktəb illərinin son və həlledici anı yaxınlaşır. Onlar həm "son zəng" tədbirinə hazırlaşır, həm on bir illik məktəb yoldaşlarından, müəllimlərindən ayrılıq həyəcanını hiss edirlər. Digər tərəfdən isə qarşıda onları həlledici imtahanlar gözləyir. Odur ki, məzunlar indi ən gərgin vaxtlarını yaşayırlar. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hər bir məzun “son zəng”in yaddaqalan olmasını istəyir. Ancaq qarşıdakı həyat üçün imtahanlardan uğurlu keçməyi də nəzərdən qaçırmaq olmaz. İmtahanlara ciddi hazırlaşan, eləcə də tədbirlərə başı qarışan bəzi məzunlar hətta dərsdən yayınmalara da yol verirlər. Dərsdən yayınmaların əksəriyyəti imtahan verməli olan fənlərə daha yaxşı hazırlaşmaq bəhanəsi ilə edilir. Bəzən məzunlar son aylarda öz yüklərini bir qədər də artırırlar. Halbuki, son aylar yeni bilgilər öyrənməyə deyil, təkrarlamağa daha çox vaxt ayrılmalıdır. İmtahan qabağı istirahəti də unutmaq lazım deyil. Digər tərəfdən, vaxtaşırı təşkil edilən sınaq imtahanları uşaqların həyəcanının qarşısını almaq baxımından əhəmiyyətlidir. Qeyd edək ki, bu il Şəkidə 11-ci sinif üzrə 1724 şagird məzun olacaq, buraxılış imtahanları isə iyunun 24-ə təyin olunub. 
Mənbə:Milli.Az

23 may 2014
GO BACK