
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu iyulun 4-dən Bakı-Krasnoyarsk-Bakı istiqamətində müntəzəm uçuşların icrasına başlayacaq. Trend-in AZAL-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, aviareyslər cümə günləri həyata keçiriləcək. Təyyarələr Bakıdan saat 05:45-də, Krasnoyarskdan isə 15:45-də (yerli vaxtla) havaya qalxacaq. Uçuşlar müasir və komfortlu "Boeing" tipli hava gəmiləri ilə həyata keçiriləcək. Aviaşirkətin məlumatına görə, hər iki istiqamətə biletin dəyəri 540 manatı ötür.
Mənbə:Milli.Az