Qadin.NET / Respublika Günü ilə bağlı tədbir ləğv olunub

Respublika Günü ilə bağlı tədbir ləğv olunub

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri Respublika Günü münasibətilə planlaşdırılan tədbirləri ləğv ediblər.  Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, Türkiyənin Manisa vilayətinin Soma rayonunda baş vermiş faciə səbəbindən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəlik və konsulluqları 28 May - Respublika Günü münasibətilə Ankara, İstanbul və Qars şəhərlərində planlaşdırılan rəsmi qəbul və şənlik tədbirlərini ləğv ediblər. Qeyd olunan tədbirlərə ayrılmış vəsait Soma faciəsi nəticəsində həlak olmuş insanların yaxınlarına bağışlanacaq. Xatırladaq ki, Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub, 486 fəhlə isə yaralanıb.

Mənbə:Milli.Az
23 may 2014
GO BACK