Ötən ilin əvvəlində mobil və stasionar rabitə operatorları tərəfindən planetdə 4,2 milyon şəbəkəyə simsiz çıxış nöqtəsi istifadəyə verilib. Ekspertlərin qiymətləndirməsinə görə, yaxın beş ildə bu göstərici illik ən azı 15% artacaq və artıq beş il sonra 10,5 milyonu ötəcək. Milli.Az ICTnews-a istinadən bildirir ki, simsiz internetə çıxış nöqtələrinin əsas hissəsi Asiya-Sakit okean regionu (68,6%) ölkələrində işə salınacaq. Başqa regionların payı aşağıdakı kimidir:
Latın Amerikası – 12,3%;
Avropa – 9%;
Şimali Amerika – 8,7%;
Afrika və Yaxın Şərq – 1,4%
Simsiz internetin aktiv inkişafı mobil operatorların şəbəkəsinə yüklənməni xeyli azaltmağa icazə verəcək ki, bu da abunəçilər üçün tariflərdə müsbət təsir göstərəcək.
Mənbə:Milli.Az