The Verge nəşri yazır ki, Dubay polisləri pilot layihəsi çərçivəsində iş zamanı Google Glass reallıq eynəyindən istifadə edəcəklər. Milli.Az ICTnews-a istinadən bildirir ki, satın alınmış eynək üçün artıq iki xüsusi tətbiq hazırlanıb. Onlardan biri yollarda qanun pozucularının çəkilişi və şəkillərin məlumat bazasına göndərilməsi üçün nəzərdə tutulub. İkinci tətbiq polislərə avtomobilin nömrəsi üzrə axtarışda olub-olmamasını öyrənməyə imkan verəcək. Dubay şəhər polis xidməti üzrə İT bölmənin nümayəndəsi Xalid Nasser Al Razuki deyib ki, sınaq uğurlu olsa, əlavə eynək alınacaq.
Mənbə:Milli.Az