Qadin.NET / "Elektron siqaret" də ziyanlı imiş

"Elektron siqaret" də ziyanlı imiş

 

"Elektron siqaret" də ziyanlı imiş

İnsanları siqaret çəkmək kimi pis vərdişlərdən yayındırmaq niyyətiylə alimlər çox baş sındırdıqdan sonra, siqaretin alternativi olan “elektron siqareti” icad etdilər. Bildirildi ki, bunun heç bir ziyanı yoxdur. 
İndi isə alimlərin ən son tədqiqatlarından sonra məlum olub ki, elektron siqaretlərin də insana ziyanı var. Belə siqaretlər super bakteriyaların daşıyıcılarıdırlar. 
ANS PRESS-in məlumatına görə, Kaliforniya universitetinin alimləri apardıqları araşdırmalardan sonra belə nəticəyə gəliblər ki, elektron siqaretlər də tərkibində tütün və başqa kimyəvi cisimlər olan siqaretlər qədər təhlükəlidir. Bu siqaretə əlavə olunmuş kanseroqon tipli kimyəvi tərkib, insan orqanizmində xərçəng xəstəliyi yarada bilir. 
Kaliforniya universitetinin alimləri, elektron siqaretlərin həm də super bakteriya sayılan stafilakokun da inkişafına münbit şərait yaradır. Stafilakok bakteriyasının pnevmaniya və sepsis kimi ağır xəstəluiklərə səbəb olduğu məlumdur.

Mənbə: ANS PRESS

 

27 may 2014
GO BACK