Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası bu il ərzində yeni Ayın təzələnmə vaxtını açıqlayıb.AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, il ərzində təzə ay cədvəli tərtib edilib.
Yeni Ay 2014-cü il üçün yanvar və mart ayında 2 dəfə təzələnib. Belə ki, təzə Ay yanvarın 1-də saat 15:15, yanvarın 31-də saat 2:41-də, martın 1-də saat 12:03-də və martın 30-u saat 23:48-də yenilənib. Apreldə isə ayın 29-da saat 11:18-də yeni ay görünüb.
Bundan sonrakı aylarda yeni Ayın təzələnmə vaxtına gəlincə, qeyd olunub ki, təzə Ay mayın 28-i saat 23:43-də, iyunun 27-si saat 13:11-də, iyulun 27-si saat 3:43-də, avqustun 25-i saat 19:13-də, sentyabrın 24-ü saat 11:14-də, oktyabrın 24-ü saat 2:56-da, noyabrın 22-si saat 17:32-də, dekabrın isə isə 5:36-da yenilənəcək.
Mənbə: ANS PRESS