Qadin.NET / ASAN-dan onlayn yenilik

ASAN-dan onlayn yenilik

 

ASAN-dan onlayn yenilik

 

Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin www.asan.gov.az internet səhifəsində mərkəzlərin növbə göstəricilərini elektron formada əks etdirən funksional bölmə yaradılıb.
“ASAN xidmət” mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, “Növbə göstəriciləri” funksional bölməsində “ASAN xidmət” mərkəzləri üzrə gün ərzində müvafiq müddət çərçivəsində xidmət göstərilən və növbədə gözləyən şəxslərin sayı, həmçinin xidmət üzrə orta gözləmə vaxtı da əks olunur. Bundan başqa, istifadəçilər növbə götürmüş və xidmət göstərilməsi üçün nəzərdə tutulan növbəti müraciətlərin sayını da izləmək imkanı əldə edirlər.
www.asan.gov.az internet səhifəsinin istifadəçiləri “Növbə göstəriciləri” funksional bölməsindəki “ASAN xidmət” mərkəzləri hissəsini seçməklə aidiyyəti xidmətlər üzrə müvafiq mərkəzlərdəki xidmət göstərilmiş və göstərilməsi nəzərdə tutulan növbədə gözləyən şəxslərin sayı ilə də yaxından tanış ola bilərlər.
Bu bölmə vasitəsilə xidmətlərimizdən faydalanmaq istəyən şəxslər zamanlarının daha səmərəliliyini təmin etmiş olarlar. Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılandan sonra bu yenilik olduqca faydalıdır. Belə ki, vətəndaşlar indi daha az növbənin olduğu “ASAN xidmət” mərkəzini seçərək, ora üz tuta bilər.

Mənbə: Ans Press

 

ASAN-dan onlayn yenilik

 

27 may 2014
GO BACK