Bakıda öz maşınından istifadə etmək də problemə çevrilib. Maşınına yük qoyaraq aparsan. Hər an cərimələnə bilərsən. Oxucunun Milli.Az-a yazdığı məktubda deyilir ki, bir neçə gün əvvl Sabunçu rayonu, I Zabrat qəsəbəsi ərazisində “VAZ-2107” markalı 90 AB 067 dövlət qeydiyyat nişanlı avtomobili ilə evinin təmiri üçün yük aparan zaman problemlə üzləşib. Nəqliyyat müfəttişiBahadur Məmmədov onun maşınını saxlatdıraraq onu qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olmaqda ittiham edib.
“Müfəttiş sənədlərimi alıb dedi ki, 150 manat gətir sənədlərini qaytarım, sonra isə sənədləri özü ilə aparıb. Ona taksi fəaliyyəti ilə məşğul olmadığımı, materialları evimə apardığımı desəm də, məhəl qoymadı və barəmdə akt tərtib olundu”, - deyə oxucu yazır.
Nəqliyyat Nazirliyindən Milli.Az-a bildirildi ki, avtomobillər yükdaşıma qaydalarını pozarsa, cərimələnir. Normadan artıq yük daşınan maşınlara protokol tərtib olunur. Vətəndaş maşına "baqaj" bağladığına və ya yük daşıdığına görə cərimə tətbiq olunmur. Onlar yükün daşınmasında standartları pozarsa, cərimə olunurlar. Yükün ölçüsü, çəkisi standartdan kənara çıxmamalıdır.
Qanunsuz, lisenziyası olmadan taksi fəaliyyəti ilə məşğul olanlara qarşı isə mübarizə aparılır. Reydlər nəticəsində saxlanılan sürücülər cərimələnir.
Mənbə:Milli.Az