Kişilərin bir çoxunun adət etdiyi bəzi vərdişlər var ki, onlar bunun dəyişməsini istəmirlər. Xüsusilə də evləndikdən sonra həyat tərzlərinin dəyişməsi kişiləri ən çox narahat edən amillərdəndir.
Kişilərin gündəlik vərdişləri
Onların vərdişlərini gündəlik həyatda görmək mümkündür. İngiltərədə 165 qadın arasında aparılan bir araşdırma kişilərin bəzi vərdişlərini ortaya çıxarıb. Belə ki, araşdırmada iştirak edən qadınların 54 faizi həyat yoldaşlarının ən pis vərdişlərindən biri kimi ayaqyolundan çıxarkən unitaz qapağını endirməmələrini göstəriblər. Bundan başqa, 23 faiz qadın onları ikinci narahat edən amil kimi kişilərin yatağın üzərində yaş dəsmal qoymalarını, 15 faiz isə çirkli paltarlarını yerdə qoymalarını göstərib. Qadınlar həmçinin kişilərin mənfi davranışları sırasında xorlamaq, ev işlərinə yardımçı olmamaq, bütün gün Play Station oynamaq kimi amilləri göstəriblər. Siyahıda yer alan vərdişlərə qumar, siqaret, qadınlara baxmaq, spirtli içki içmək kimi pis vərdişlər də daxildir.
Mütəxəssislərin fikrincə, kişilərin əksəriyyətinin vərdişləri eynidir. Bunların sırasında ilk yeri kişilərin hakimiyyət vərdişi tutur ki, buraya iş yeri, xüsusilə də evdə hakimiyyət cəhdlərini aid etmək olar. Evdə televizor pultunun əllərində olması, sevdiyi yeməyi yemək, hətta qadınlardan daha çox dedi-qodu etməsi, yatmaq həvəsi, eyni kresloda əyləşmək kimi vərdişləri göstərmək olar. Kişilərin elə vərdişləri var ki, ətrafdakılar tərəfindən heç də xoş qarşılanmır. Belə vərdişlərdən biri atadan oğula keçən genetik bir gigiyenik vərdişdir ki, bu, kişilərin əlini üst paltarına silməsidir. Hətta bu mənfi vərdişlərlə bağlı həyat yoldaşından boşananlar, ondan iyrəndiyini bildirən qadınlar da var.
Hər bir insanın vərdişləri keçmişdən qalan həll olunmamış problemdir
Psixoloq Vəfa Əkbərin Milli.Az-a dediyi sözlərinə görə, kişilər vərdişlərini, ümumiyyətlə, dəyişmək istəmirlər: “Çünki hər bir vərdiş keçmişdə olan bir travma ilə bağlıdır. Bu səbəbdən də onlar üçün hər hansısa bir vərdişlərindən vaz keçmək, problemi həll etməmiş onu yarımçıq qoymağa bənzəyir. Buna görə də hər bir insanın vərdişləri keçmişdən qalan bir həll olunmamış problemdir. Məsələn, kişilərin evdə hakim olmaq prinsipinin müxtəlif səbəbləri ola bilər. Bununla o, əsasən, şüuraltı onu bildirir ki, evin sahibi və rəisi mənəm. Bu, sadəcə, vərdişlərlə deyil, burada psixoloji faktorlar nəzərə alınmalıdır, yəni dominantlıq göstəricisidir. Həmin vərdişlər onlara özünə inamı artırır”.
Həmsöhbətimiz deyir ki, məhz elə vərdişlərindən əl çəkə bilməyən insanlar psixoloqa müraciət etməlidir. Çox təəssüf ki, bununla bağlı yalnız gənc oğlanlar psixoloqa müraciət edir. Onu da qeyd edək ki, edilən müraciətlər isə əsasən, siqaret çəkmək, ayaqlarını əsdirmək (oturarkən), dırnaq yemək və s. amillərlə bağlıdır. Psixoloq deyir ki, yaşlı nəsil mənfi amilləri qəbul etmirlər, yəni özlərində olan mənfi amilləri görmürlər: “Çünki bizdə, yəni Azərbaycanda, kişilərin obyektiv olaraq öz hərəkətlərini kənardan görməsi, son 20 ildə başlayıb”.
V.Əkbər onu da bildirdi ki, ümumiyyətlə, vərdişlərin var olması problemə dəlalət edir, amma o vərdişlər həmin insana imkan verir ki, öz şüuraltını təzyiqdən azad etsin, bu zaman problem həll olunmur, sadəcə həmin insan müvəqqəti sakitləşir. Problemin həllini isə psixoloqa muraciət etməklə həll edə bilərlər.
Vərdiş, sadəcə, psixikayla bağlı bir xüsusiyyətdir
Psixoloq Elnur Rüstəmovun Milli.Az-a dediyi sözlərinə görə, insanın psixikası kişi və ya qadın olmasından asılı olmayaraq daha çox zövq almağa, həzzə yönəlib: “Bu, hər iki cinsə xas bir xüsusiyyətdir. Kişilərdə bu, hansı formada baş verir? Məsələn, siqaret, alkoqol kimi zərərli vərdişlər var və onlar bilsələr də ki, bu, onların ziyanınadır, yenə də bunu edirlər. Bu, sadəcə, psixikayla bağlı bir xüsusiyyətdir. İnsan o situasiyada fikirləşmir ki, bu, onun ziyanınadır, bu, onun öz həyatına təhlükə yarada, hətta həyatı bahasına başa gələ bilər”.
Psixoloqun sözlərinə görə, o situasiyada həmin insan düşünür ki, bunu tamamlayım və zövq alım: “Bundan başqa onlar belə vəziyyətlərdə avtomobili yüksək sürətlə idarə edir, bəzən qayaya dırmaşır, o anda fikirləşmir ki, yıxılıb ölə bilərəm. O, sadəcə, düşünür ki, ləzzət ala bilərəm. Yaxud ova gedir, yaxud dənizdə dərinə üzür və fikirləşmir ki, bata bilərəm. Maksimum həzzi fikirləşir. Bu da insan psixikasına xas bir xüsusiyyətdir. Sadəcə, insan bunu tənzimləməyi, zamanında yox deməyi bacarmalıdır. Bu varsa, proses də qismən tənzimlənəcək”.Psixoloqun fikrincə, kişilərin vərdişlərindən biri kimi, məsələn, televizor pultuna marağın olması kişi psixologiyasından qaynaqlanır. Yəni məqsəd prosesi kontrolda saxlamaqdır. O da vurğulandı ki, bəzən deməsə belə, uşaq atası gələndə pultu ortada qoyur ki, o idarə eləsin: “Onlar bununla situasiyanı nəzarətdə saxlamaq, idarə etmək, yönləndirməyə çalışırlar. Bu, birmənalı şəkildə kişi psixologiyasından qaynaqlanır. Kişilər daha çox istəyər ki, qadından soruşsun ki, hara getmisən, nə iş görmüsən, nəinki qadın ondan hara getdiyini, nə iş gördüyünü soruşsun”.
Belə vərdişlərdən yayınmağa gəldikdə isə psixoloq deyir ki, bu zaman-zaman şərtlənir: “Ümumiyyətlə, bu onlara ziyan verərsə, psixoloqa müraciət etməklə vəziyyəti tənzimləyə bilərlər. O qədər zərərli vərdişlər var ki, onlara zamanında müdaxilə olarsa, tənzimlənəcək. Qaldığı təqdirdə əlavə fəsadlar yaradacaq. İnsan adətən zərərli vərdişdən nə zaman əl çəkir? Həyatını itirmək təhlükəsi ilə üz-üzə qaldıqda. Xəstəlik tapanda siqareti, spirtli içkini atır, ailəsini, evinin qədrini bilir”.
Ölkəmizdə kişilərin mənfi vərdişləri ilə bağlı psixoloqa müraciət etmələrinə gəldikdə isə E.Rüstəmov bildirdi ki, onlar daha çox qadına əl qaldırmaq, təhqir etmək kimi pis vərdişlərdən qurtulmaq üçün müraciət edirlər: “Müalicə müddətində bu proses normal axarına düşür, tənzimlənir. Müraciətlər sırasında isə siqaret, alkoqol, internet, hətta sevgi asılılığı ilə amillər də yer alır. Ümumiyyətlə, mənfi vərdişlərin qarşısını almaq üçün hər bir insan fərdi psixoloji durumunun, sağlamlığının qeydinə qalmalıdır”.
Mənbə:Milli.Az