Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında mayın 21-dən 22-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir.Temperatur gecə 14-17°, gündüz 22-27° isti, Bakıda gecə 14-16°, gündüz 25-27° isti olacaq.Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 75 -85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Temperatur gecə 11-16°, gündüz 24-29° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Temperatur gecə 7-12°, gündüz 14-19° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək.Temperatur gecə 12-17°, gündüz 24-29° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək.Temperatur gecə 9-14°, gündüz 20-25° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə güclənəcəyi ehtimalı vardır. Gündüz yağıntı tədricən kəsiləcək.Temperatur gecə 13-18°, gündüz 25-30° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə güclənəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək.Temperatur gecə 15-17°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacaq.
Mənbə:Milli.Az