İsveç alimləri sübut ediblər ki, insan orqanizmində D vitamininin çatışmazlığı ömür müddətini azaldır.ANS PRESS-in məlumatına görə, İsveç alimləri sübut ediblər ki, günəş şüasından əldə olunan D vitamininin insan orqanizmində çatışmazlığı ömür müddətini azaldır.
İsveç Kral Karolin İnstitutu alimlərinin tərtib etdikləri diaqramda orqanizmdə D vitamininin miqdarından asılı olaraq insanın ömür müddəti əks olunur. Tədqiqatda təxminən 30 min qadın iştirak edib. Onlar günəş altında nə qədər vaxt keçirdikləri, günəş şüasından qorunma vasitələrindən nə dərəcədə tez-tez istifadə etmələri və solyariyə neçə dəfə getmələri barədə ətraflı gündəlik yazıblar. Araşdırmaların nəticələrini analiz edən həkimlər, tez-tez günəş vannası qəbul etməyi məsləhət görürlər, çünki orqanizmdə D vitamini məhz ultrabənövşəyi şüanın köməyi ilə əmələ gəlir.Lakin unutmaq olmaz ki, günəş şüaları altında uzun müddət olmaq da sağlamlıq üçün ziyandır. Üstəlik, qədərindən artıq günəş şüası dəri xərçəngi əmələ gətirir.