Qadin.NET / Facebook videoreklamlara başlayır

Facebook videoreklamlara başlayır

Facebook ABŞ-dan kənarda videoreklam sistemini işə salır. Şirkətin bəyanatına əsasən, bu təşəbbüs istifadəçilərin xəbər lentində avtomatik gördükləri 15 saniyəlik çarxların auditoriyasını artırır. Milli.Az ICTnews-a istinadən bildirir ki, videoreklam ilk dəfə bu ilin dekabrında Facebookun Amerika versiyasında işə salınıb. Facebook üçün əlavə gəlir mənbəyidir. İlk öncə videoreklamda çarxların sayı xeyli az olub, amma Facebookdan bildirilib ki, şirkət hazırda böyük sayda reklamçılarla saziş imzalayıb. Dünəndən başlayaraq Facebook ABŞ-dan kənarda yeddi bazarda reklam satışlarına başlayıb. 

Mənbə:Milli.Az
22 may 2014
GO BACK