Qadin.NET / iPhone Günəşdən qidalanacaq

iPhone Günəşdən qidalanacaq

Apple şirkətinin yeni əldə etdiyi patentə əsasən, gələcəkdə günəş enerjisi ilə işləyən i-cihazlar istehsal edilə bilər. Elastik ekran modulunda günəş panelləri və ötürücülərin yerləşdirilməsini nəzərdə tutan hibrid sistem təsvir edilir.Milli.Az ICTnews-a istinadən bildirir ki, yaxın gələcəkdə şirkət çətin ki, günəş enerjisi ilə işləyən qurğular istehsal etsin, çünki müasir sensor ekranların enerji sərfiyyatının yüksək olmasına görə sadəcə enerji toplamağa vaxt çatdırmayacaq.Bununla belə, texnologiya akkumulyatorun müddətini uzatmağa kömək edəcək. 

Mənbə:Milli.Az
22 may 2014
GO BACK