İranın Buşehr əyalətində 5.4 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, bu barədə Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytında qeyd edilib.Yeraltı təkanların episentri Bender Riq şəhərinin 19 kilometrliyində qeydə alınıb.Zəlzələnin fəsadları və tələfat barədə hələlik heç bir məlumat verilməyib.Qeyd edək ki, Buşehrdə bir neçə ay əvvəl də 5.7 bal gücündə zəlzələ baş vermişdi.
Mənbə:anspress.com