Qadin.NET / 10 nəfər qəbul imtahanında 600-dən çox bal toplaya bilib

10 nəfər qəbul imtahanında 600-dən çox bal toplaya bilib

10 nəfər qəbul imtahanında 600-dən çox bal toplaya bilib

Azərbaycanda 2014-2015-cı tədris ili üzrə ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında əvvəlki illərin məzunları arasında 10 nəfər abituriyent 600-dən yüksək nəticə göstərib. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.Onun sözlərinə görə, qəbul imtahanlarında əvvəlki illərin məzunları arasında ən yüksək nəticə göstərən abituriyent 663 bal toplayıb. Həmin abituriyent III ixtisas qrupu üzrə imtahan verən məzun olub.

Ümumilikdə əvvılki illərin məzunları üçün bu il keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 2 nəfər (637 və 625 bal), II ixtisas qrupu üzrə 2 nəfər (625 və 612 bal), III ixtisas qrupu üzrə 3 nəfər (663, 616, 604 bal), IV ıxtısas qrupu üzrə 3 nəfər (644, 612, 606) 600-dən yuxarı bal toplayıb.Qeyd edək ki, bu ildən başlayaraq, Azərbaycanda əvvəlki illərin məzunları üçün qəbul imtahanları cari ilin məzunları ilə birgə keçirilmir. Bu il əvvəlki ilin 34 554 məzunu ali və orta ixtisas məktəblərinə qəbul olmaq üçün imtahan verib.

Azərbaycanda əvvəlki illərin məzunları üçün mayın 11-də II və III ixtisas qruplar üzrə keçirilən qəbul imtahanında 16 998, I və IV ixtisas qrupları üzrə mayın 18-də keçirilmiş qəbul imtahanında 17 556 abituriyent iştirak edib.İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

Mənbə:trend.az

21 may 2014
GO BACK