Qadin.NET / Yeni yol-nəqliyyat infrastrukturu yaradılır

Yeni yol-nəqliyyat infrastrukturu yaradılır

"Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" SC Bakı-Rusiya sərhədi avtomobil yolunun 6-cu kilometrindən 11-ci kilometrinədək olan hissəsində tıxacların aradan qaldırılması üzrə layihənin 3-cü mərhələsinə hazırlaşır".Bunu Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevbidirib.Onun sözlərinə görə, layihənin 3-cü mərhələsi çərçivəsində "Avtovağzal- Atıcılıq Kompleksi" dörd zolaqlı avtomobil yolunun tikintisi planlaşdırılır.Layihənin birinci və ikinci mərhələlərinin reallaşdırması haqqında danışan mətbuat xidmətinin rəhbəri qeyd edib ki, birinci mərhələ çərçivəsində yolun sol tərəfində uzunluğu 110 metr və eni 15,5 metr ölçüdə üç zolaqlı keçid tikilib. Hazırda Xocahəsən qəsəbəsindəki dairədən avtovağzala qədər 1,5 kilometr uzunluğunda yol tikilir: "Yolun 900 metr uzunluğundakı hissəsinə artıq üçqat asfalt-beton örtüyü salınıb. Sürücülər yolun bu hissəsindən istifadə edə bilərlər".P.Mürsəliyevin sözlərinə görə, yolun sol kənarında yaşayış massivi yerləşir və əhalinin yaradılan yol-nəqliyyat infrastrukturundan istifadəsini təmin etmək məqsədi ilə yerli əhəmiyyətli yolun tikintisi nəzərdə tutulub.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, yolun sağ tərəfi üzrə ikinci mərhələ çərçivəsində 40 metr uzunluğunda və 15,5 metr enində yol ötürücüsü tikilib. Habelə bu mərhələ çərçivəsində hərbi hissə rayonunda yol dairəsinin tikintisi planlaşdırılır ki, bu da avtomobillərin yeni yol obyektindən istifadəsini təmin edəcək.
P.Mürsəliyev əlavə edib ki, qısamüddətli perspektivdə "Atıcılıq komleksi -I Bakı dairəvi yolu" avtomobil yolunun tikintisi planlaşdırılır.
Mənbə:Milli.Az

21 may 2014
GO BACK