Qadin.NET / Dövlətə xəyanətə görə cəza 20 ilə qaldırılır

Dövlətə xəyanətə görə cəza 20 ilə qaldırılır

Hazırda bu əmələ görə cəza 10 ildən 15 ilə qədərdir Azərbaycan Cinayət Məcəlləsində dövlətə xəyanət cinayətinin cəzası son həddə qədər artırılır.Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 274-cü maddəsinə dəyişiklik təklif olunur.Dəyişikliyə əsasən, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq ölkə vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda bu əmələ görə cəza 10 ildən 15 ilə qədərdir.Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə:Lent.az

21 may 2014
GO BACK