BBC-nin məlumatına əsasən, Londonun OwnFone şirkəti Brayl klaviaturalı ilk mobil telefonun satışlarına başlayıb.OwnFone telefonu ilk dəfə 2012-ci ildə Avropa bazarına çıxarılıb. Aparat yalnız əvvəlcədən təyin edilmiş nömrələrə zəng etməyə imkan verib. Bir il sonra OwnFone istehsalçıları uşaqlar üçün nəzərdə tutulmuş 1stFone aparatını buraxıblar. Hazırda isə zəif görən və görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulmuş qurğu buraxıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni OwnFone aparatının ön və arxa panelləri 3D çap texnologiyasının tətbiqi ilə hazırlanıb. Aparat əvvəlcədən təyin edilmiş nömrələrə zəng üçün üzərisi Brayl şrifti ilə yazılmış iki və ya dörd klavişlə təchiz edilə bilər.Brayl klaviaturalı aparat 75 avro qiymətinə satılacaq.
Mənbə:Milli.Az