2014-cü ilin aprelində böyükformatlı maye kristal panellərin qlobal tədarük həcmi martla müqayisədə 2% azalıb və 65,29 milyon təşkil edib. Bu haqda TrendForce analitik şirkətinin bölməsi olan WitsViewin ekspertləri məlumat veriblər.2013-cü ilin apreli ilə müqayisədə televizor ekranlarının tədarük həcmi təxminən 6% artıb, amma cari ilin mart ayı ilə müqayisədə 2,3% aşağı olub.Milli.Az ICTnews-a istinadən bildirir ki, kompüter monitorları üçün panellərin tədarük həcmi 5,1% azalıb: ötən ayda 13,28 milyon panel tədarük edilib. Noutbuk üçün ekran seqmentində də azalma müşahidə olunub: ötən ayla müqayisədə belə panellərin tədarük həcmi 3,2% azalaraq 15,37 milyon təşkil edib.Eyni zamanda planşetlər üçün ekranların tədarük həcmi 16,11 milyona çatıb ki, bu da martla müqayisədə 2,8% yüksəkdir, amma 2013-cü ilin müvafiq ayı ilə müqayisədə 10% aşağıdır.