Havaların istiləşməsi ilə əlaqədar Gəncə şəhər Baytarlıq İdarəsi tərəfindən şəhərdə fəaliyyət göstərən bazarlarda növbəti yoxlamalar aparılıb. Əsasən, ət kəsimi və satışına xüsusi diqqət yetirilib.Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən 4 bazarla yanaşı, 75-ə yaxın ət dükanında da mütəmadi yoxlamalar aparılır. Məqsəd şəhərin ət bazarında xəstə və insan sağlamlığı üçün təhlükə doğuran heyvan ətinin satışının qarşısını almaqdır. İstər bazarlarda, istərsə də ət dükanlarında gündəlik kəsilən heyvanlara baxış keçirilir, ətlər laboratoriyada müayinə olunduqdan sonra satışına icazə verilir.Bayandur Rzayev, Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi: “Heyvan mənşəli məhsulların satışı ilə məşğul olan bütün ticarət obyektlərində daima yoxlama reydləri keçirilir. Satışa gətirilən məhsullar gündəlik orqanareptik müayinələrdən keçirilir. Əlavə olaraq nümunələr götürülərək laborator müayinələrdən keçirilir. Ümumiyyətlə bütün məhsullar yoxlanılır sağlamlığına əmin olduqdan sonra satışına icazə verilir”.Qeyd edək ki, yoxlamalar zamanı satılan ətlərdə ciddi xəstəliklər aşkarlanmasa da, lakin mütəxəssis alıcılara mütləq baytarlıq möhürü vurulmuş ət məhsullarını almağı tövsiyə edir. Belə ki, idarənin əmkdaşları hər gün satışa çıxarılan ətləri bir sıra xəstəliklərə qarşı yoxlayır.Bayandur Rzayev: “Daxili xəstəliklərə, brüselyoza qarşı süddən nümunələr götürülür. Ümumi götürdükdə isə qızdırma xəstəliyi və digər bəzi xəstəliklərə görə nümunələr götürülür”.Qeyd edək ki, yoxlamalar zamanı satışa çıxarılan ətlərdə mənşəyi məlum olmayan hevan ətlərinə rast gəlinməyib.
Mənbə:Milli.Az