Apple və Motorola şirkətlərinin rəsmiləri Vaşinqton Apelyasiya Məhkəməsinə bildiriblər ki, özləri razılığa gələrək 2010-cu ildə şirkətlər arasında yaranmış patent mübahisəsini sərbəst həll ediblər. Bununla əlaqədar, onların bir-birinə qarşılıqlı patent iddiaları ləğv olunmalıdır.Xatırladaq ki, ilk öncə Motorola alma şirkətini onun bir sıra patentlərinin hüququnu pozmaqda ittiham edib, amma Apple şirkətinin hüquqşünasları operativ qarşılıqlı iddiaların siyahısını tərtib ediblər.Milli.Az ICTnews-a istinadən bildirir ki, hər iki şirkətin nümayəndələri bir neçə il müxtəlif məhkəmə instansiyalarında bir-birini patent hüququnu pozmaqda ittiham ediblər, buna görə indiki razılıq olduqca gözlənilməzdir.
Milli.Az