Qadin.NET / YouTube yeni şirkət alır

YouTube yeni şirkət alır

Variety jurnalı yazıb ki, internet nəhəngi Google şirkətinə məxsus YouTube videohostinqi Twitch videooyun translyasiya xidmətinin satın alınmasına 1 milyard dollar xərcləyəcək.Milli.Az ICTnews-a istinadən bildirir ki, nəşrin məlumatına görə, artıq satınalma haqqında razılıq əldə olunub.Twitch xidməti oyunların keçirilməsi zamanı birbaşa yayım keçirməyə icazə verir, auditoriyası 45 milyon insan təşkil edir. Tətbiq son nəsil oyun konsollarına (Sony Playstation 4 və Xbox One) quraşdırılıb. 
Mənbə:Milli.Az
20 may 2014
GO BACK