Alimlərin ideyasına görə, yağ toxumalarından mezenximal kök hüceyrələr alınaraq onları birbaşa beyinə yeritmək olar. Bu texnologiya siçanlar üzərində artıq təcrübədən keçirilib və o, heyvanların ömrünü uzadıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, belə terapiyanı şişin (qlioblastomanın) kəsilib götürülməsindən sonra aparmaq olar. Bu, beyindəki yerdə qalan xərçəng hüceyrələrini məhv etməyə imkan yaradar. Mezenximal kök hüceyrələrinin maraqlı xüsusiyyətləri var: onlar zədələnmiş və xərçəng hüceyrələrini tapır. Mütəxəssislər həmin kök hüceyrələri dəyişərək onları BMP4 zülalını istehsal etməyə vadar ediblər. O, embrional inkişafın tənzimlənməsində iştirak edir və şiş yaranması proseslərini əngəlləyir. Eksperiment göstərib ki, kök hüceyrələrin iynə ilə vurulması şişin yayılmasının və artmasının qarşısını alır - xərçəng zəifləyir. Təcrübədəki iynə vurulmuş siçanlar 76 gün, nəzarət qrupundakılar isə 52 gün yaşayıb. Con Hopkins Tibb Məktəbinin yaylığı hesabatda deyilir ki, yeridilən hüceyrələr xərçəngə yaxınlaşır və dərman agentini işə salır. İnsanlarda qlioblastomanı kimya terapiyası, cərrahi müdaxilə və şüa terapiyası ilə müalicə edirlər. Lakin bütün mümkün vasitələrdən istifadə pasiyentə diaqnoz qoyulmasından sonra cəmi 18 ay yaşamağa imkan verir.