Bakı şəhəri, Xətai rayonunda məişət tullantıları olan yeşikdə silah-sursata oxşar bağlama aşkarlanıb.Anspress-in məlumatına görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib və adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış əməliyyatı keçiriblər. Ərazidə heç bir şübhəli əşya aşkar edilməyib.
Mənbə:Milli.Az