Sosial şəbəkələr insanın özünü qiymətləndirməsinə təsir edir. Bu şəbəkələrdən istifadənin əsas xüsusiyyətlərindən biri yerləşdirilən informasiyaya başqa insanların reaksiyasını dərhal öyrənmək imkanıdır ("layk", yaxud şərh). Kvinslend Universitetinin alimləri bildirirlər ki, insan sosial şəbəkədəki aktivliyinin rədd edildiyini, yaxud ona biganə qalındığını gördüyü zaman özünə olan inamı itir.Milli.Az Rusiya istinadən bildirir ki, tədqiqatçılar bunu aşkara çıxarmaq üçün təcrübə aparıblar. Könüllüləri iki qrupa bölüblər. Birinci qrupa 48 saat müddətində hər hansı bir informasiyanı bölüşməyi qadağan ediblər. İkinci qrupdakılar isə yenilənmələrə heç bir cavab və ya şərh almayan akkauntlardan istifadə etməli olublar. Nəticədə isə insanlarda yararlılıq, dəyərlilik və özünəinam hissləri xeyli azalıb. Məsələn, birinci qrupdakılar izolə olduqlarını, dostlarının necə "kef elədiklərinə" sanki pəncərədən baxırmışlar kimi hiss etdiklərini deyiblər.
Şəbəkədə belə ünsiyyət canlı söhbətdən xeyli fərqlənir. Birincisi, interaktiv ünsiyyət xaric, cavabı dərhal almaq mümkün deyil. İkincisi, insanlar qeyri-verbal reaksiyadan (baxış, üzün ifadəsi, jestlər və s.) məhrumdurlar. Prinsipcə, əgər müasir insan müəyyən sosial şəbəkədə dostlarından istədiyi dəstəyi almırsa, özünə başqa şəbəkə axtarır. Elə bu səbəbdəndir ki, şəbəkələrin də sayı artır.
Mənbə:Milli.Az