Qadin.NET / Gün işığı görməyənlərə

Gün işığı görməyənlərə

 

Günəş şüalarının çoxluğunun sağlamlıq üçün zərərləri barədə alimlər hələ çoxdan deyiblər. Yeni tədqiqat isə onun azlığının da elə çoxluğu qədər pis fəsadlar yaratdığını ortaya qoyub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Karolinsk Universitetinin (İsveç) mütəxəssisləri 30 min könüllünün səhhətini 20 il müddətində müşahidə ediblər. Məlum olub ki, Günəş şüalarından qaçan qadınlar arasında ölüm göstəricisi özünü günə verməkdən qorxmayanlara nisbətdə iki dəfə çox olub.  Gün işığı az olarsa, D vitamininin xroniki defisiti yaranır, bu da ümumi sağlığa pis təsir göstərir. Günəş şüalarının həm çoxluğunun, həm azlığının ziyan olduğunu deyən alimlər sağlam qalmaq və ömrü uzatmaq üçün "qızıl orta" tapmağı məsləhət bilirlər. 

Mənbə:Milli.Az

 

19 may 2014
GO BACK