Qadin.NET / Bizi öldürən xasiyyətlərimiz

Bizi öldürən xasiyyətlərimiz

İnsanın ömrünün uzunluğuna taleyi, qida rejimi, zərərli vərdişləri, ekologiyanın durumu ilə yanaşı, onun xasiyyəti də təsir edir. İnsanın hansı xasiyyətlərinin olduğunu bilərək onun həyatının uzunluğunu təxminləmək olar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, daimi stress həyatı qısaldan ən birinci səbəbdir. Bir çoxlarının daimi stressə alkoqol və narkotik vasitəsilə qalib gəlmək istəyi isə onun qədərini də, ölüm riskini də bir xeyli artırır. Hər kəsdən şübhələnmək, xırdaçılıq da ömrü qısaldan xasiyyətlərdir. Çoxsaylı təcrübələrin ümumi nəticəsi belədir ki, xeyirxah və ürəyiaçıq insanlar daha çox yaşayırlar.  Daimi qüssə isə damarlarda trombların yaranmasına səbəb olur. Bu da ölümə aparan qısa yollardan biridir. 

Mənbə:Milli.Az
19 may 2014
GO BACK