Qadin.NET / İt sevgisi xərçəngi sağaldır

İt sevgisi xərçəngi sağaldır

İtlər sahiblərini daha çox və şərtsiz sevirlər. Onkoloqların fikrincə, bu sevgidə xərçəngdən xilas da var. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu fikir "Tədqiqat: itlər və uşaq xərçəngi" kitabında yer alıb. Onun müəllifi xərçəng xəstəsi olan uşaqlar üçün heyvan terapiyasından bəhs edir. Yaxın 15 ayda bu fenomen daha diqqətli öyrəniləcək. Con Hopkins Universitetində artıq it terapiyası qrupu işləyir. Mütəxəssislər bildirirlər ki, bu terapiya pasiyentləri adi uşaqlara çevirir. Emosional rahatlıq müalicənin, iynələrin və testlərin ağrısını unutdurmağa kömək edir. Son nəticə tədqiqatda iştirak edən 5 uşaq xəstəxanasından daxil olan məlumatların analizindən sonra bəlli olacaq. Yeri gəlmişkən, itlərin xərçəng xəçtələrindən savayı, onların hamilərinə, tibb işçilərinə necə təsir göstərdiklərini də öyrənəcəklər. Bu işə 200 xüsusi öyrədilmiş it cəlb olunacaq. Bu arada, Pensilvaniya Universitetinin Veterinar Məktəbinin Kinologiya mərkəzi qadınlarda yumurtalıq xərçəngini təyin edən itlərin öyrədilməsi ilə məşğuldur. Heyvanlar üzvi uçucu birləşmələri hiss edə bilirlər. Onların göstəriciləri yumurtalıq xərçənginin ilkin mərhələsində ölçülüb. Sübut olunub ki, itlər həmin birləşmələri hətta onlar çox az miqdarda olanda belə duya bilirlər. 
Mənbə:Milli.Az
19 may 2014
GO BACK