London İmperiya Kollecinin alimləri bitkilərin tərkibindəki sellülozanın maraqlı xüsusiyyətlərini aşkarlayıblar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onun dağılmasından əmələ gələn birləşmə beyinə düşən zaman aclıq hissinin tənzimlənməsinə kömək edir. Üstəlik, bu halda mədə-bağırsaqdakı "aclıq hormonlarının" sayı dəyişməyə bilər.Ekspertlər sellülozanın bağırsaqda parçalanması zamanı yaranan yağ turşusu olan asetatın "davranışını" izləyiblər. Hesab olunur ki, belə yağ turşuları qaraciyərdə emal olunur. Ancaq məlum olub ki, asetat beyinə düşür və hipotalamusda toplanır. Hipotalamus isə aclıq hissini tənzimləyir. Beləliklə, sellüloza piylənməyə qarşı universal vasitə ola bilər.
Mənbə:Milli.Az