Qadin.NET / Uşaqlar kələmin içindən çıxmır…

Uşaqlar kələmin içindən çıxmır…

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, amerikalı alimlər pomidorun tərkibindəki likopin maddəsinin maraqlı xüsusiyyətini aşkarlayıblar: bu maddə spermatozoidlərin miqdarını 70%-dək artırır. Məlumdur ki, əgər ailə uşaq sahibi ola bilmirsə, qadınla yarıbayarı problemi kişi də bölüşür. Bu problemin çözülməsində alimlərin diqqətini likopinə yönəltməyə 12 tədqiqat vadar edib. Bütün bu tədqiqatlar sübut edib ki, həmin birləşmə nəinki spermatozoidlərin sayını, həmçinin onların hərəkət sürətini də artırıb. Eyni zamanda zədələnməsinin qarşısını alıb, anormal spermatozoidlərin yaranmasını əngəlləyib.  Klivlend klinikasının reproduktiv tibb mərkəzinin mütəxəssisləri bildirirlər ki, likopin prostat xəstəliklərindən qoruyur, prostat xərçənginin yaranmasının və inkişafının qarşısını alır. Tədqiqatların dəqiq nəticələri isə gələn il açıqlanacaq. 

Mənbə:Milli.Az
19 may 2014
GO BACK