Qadin.NET / Bakıda 35 dərəcə isti olacaq

Bakıda 35 dərəcə isti olacaq

 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 16-20° isti, gündüz 30-35° isti, Bakıda gecə 18-20° isti, gündüz 33-35° isti olacağı gözlənilir.Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 55-65 %, gündüz 30-40 % təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 12-17° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir. 
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.Temperaturun gecə 15-20° isti, gündüz 32-37° isti olacağı gözlənilir. 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Havanın temperaturunun 16-20° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Mənbə:Milli.Az

 

19 may 2014
GO BACK