Qadin.NET / Dəli olduğunu telefondan eşit

Dəli olduğunu telefondan eşit

Dəli olduğunu telefondan eşit

Miçiqan Universitetinin alimləri smartfonlar üçün xüsusi proqram əlavəsi hazırlayıblar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu, psixiatrlara pasiyentlərdə psixoz və ya depressiyanın ilkin əlamətlərini aşkar etməkdə yardımçı olacaq. Əlavə depressiv və maniakal pozuntunu danışanın səs tonu və tempindən təyin edir. Mütəxəssislər bildirirlər ki, əlavə insandakı xəstəliyi onun özündən, hətta onu müalicə edən həkimdən də əvvəl təyin edə biləcək. Ləng danışıq, əzgin ton və telefon zənglərinə cavab vermək istəyinin olmaması əhvalın pis olması və gücün tükənməsindən xəbər verir. Xeyli nidanın yer aldığı sürətli danışıq, yuxusuzluq və yaxud həddən artıq sərbəstlik isə mümkün maniakal psixoza işarədir.  Ekspertlər deyirlər ki, əlavədən istifadə pasiyentin məxfiliyinə xələl gətirməyəcək, çünki danışıqların məzmunu şifrələnmiş halda saxlanacaq. Əlavə ilə bağlı xeyli mübahisəli məqam olmasına rəğmən, ondan istifadə edən pasiyentlər həkimlərə özləri barədə vacib məlumatlar çatdıracaqlar.  

Mənbə:Milli.Az
19 may 2014
GO BACK