Qadin.NET / Hamiləlik beyni də dəyişir

Hamiləlik beyni də dəyişir

Böyük Britaniya alimləri hamilə qadınların necə düşünməsi barədə baş sındırıblar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onların fikrincə, hamilələr daha çox beynin emosiyalara cavabdeh olan sağ yarımkürəsi ilə düşünürlər. Royal Holloway Universitetinin (London) əməkdaşları 39 qadını hamiləliyi və uşağın doğuşundan bir neçə ay sonrakı müddətdə müşahidə ediblər. Alınan nəticələr ana sevgisi kimi fenomeni izah edir: hamilə olarkən qadının emosional halı məntiqi düşüncə qabiliyyətini üstələyir, o, hər şeyə qarşı həssas olur. Beynin məntiqi düşüncəyə cavabdeh olan sol yarımkürəsi isə bir qədər "axsayır". Bu səbəbdən də gələcək anaların davranışlarını əvvəlcədən təxmin etmək olmur. 

Mənbə:Milli.Az
19 may 2014
GO BACK