Qadin.NET / Nəfəsi daralan - qaralmağa

Nəfəsi daralan - qaralmağa

Məlumdur ki, D vitamini günəş şüalarının təsiri altında yaranır. O, orqanizmin bir çox sistemlərini nəzarətdə saxlayır, xüsusilə də immuniteti. Astma xəstəliyi olanlarda isə immunitet zəif olur. Astma tutmaları nəfəs yollarının iltihabı səbəbindən yaranır. D vitamini isə öz növbəsində iltihabı aradan qaldırır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, London Kral kollecində bu xüsusda tədqiqat aparılıb. Məlum olub ki, D vitamini immun sisteminin astma zamanı həddən artıq aktiv olan hissəsini sakitləşdirir. Alimlər vitaminin ağ qan cisimciklərinin yaratdığı və orqanizmə zərər vuran molekulun səviyyəsinə təsirini öyrəniblər. Nəticə belə olub ki, vitamin onun qədərini azaldır. Astma xəstələrinə təyin edilən kortikosteroidlər bədəndə D vitamininin miqdarını azaldır. Ona görə də vitaminin bərpasına ehtiyac yaranır. Bəzən bu, bioloji aktiv əlavələr hesabına bərpa edilir. Ancaq günəşdə olmaq, yaxud da solyariyə getməklə vitaminin qədərini artırmaq olar. Astma son zamanların xarakterik xəstəliyidir. Havanın çirkliliyi artdıqca astma xəstələrinin də sayı artıb (20-30%). Bu xəstəliyi sağaltmaq mümkün deyil, amma nəzarət altına almaq olur. İnqalyatorlardan başqa, həkimlər mövsüymi qrip və pnevmokokklara qarşı peyvəndlərdən də yaranmağı məsləhət bilirlər. Bu, xüsusilə də uşaqlara aiddir. 
Mənbə:Milli.Az
19 may 2014
GO BACK