Qadin.NET / Bu günün hava proqnozu

Bu günün hava proqnozu

MilliAz AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz keçəcək. Axşam dəyişkən buludlu olacağı gözlənilir. Temperaturun gecə 16-20°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti, Bakıda gecə 18-20°, gündüz 31-33° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 11-16°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 8-13°, gündüz 21-26° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 16.21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Temperaturun gecə 16-21°, gündüz 33-38° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Temperaturun gecə 15-18°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı gözlənilir. 
Mənbə:Milli.Az
18 may 2014
GO BACK