Türkiyənin Soma şəhərində kütləvi insan tələfatı baş verən kömür mədənində axtarış-xilasetmə əməliyyatı sona çatıb.Milli.Az məlumat verir ki, APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız məlumat verib. Onun sözlərinə görə, mədəndə baş verən partlayış nəticəsində həlak olan son iki işçinin də meyiti tapılaraq çıxarılıb. Bununla da Türkiyə tarixinin ən böyük mədən qəzasında ölənlərin sayı 301-ə çatıb.Bu açıqlamadan sonra axtarış-xilasetmə əməliyyatına qatılan xilasedicilər və fəhlələr ərazini tərk etməyə başlayıb.
Mənbə:Milli.Az