Lənkəran rayonu tarixi abidələrin zənginliyi ilə seçilir. Bu abidələrin sırasında qədim hamamlar xüsusi yer tutur. Onların bəzilərinin tarixi XX əsirin əvvəllərinə, bəzilərinin tarixi isə XIX əsirin sonlarına təsadüf edir. Hazırda bu hamamlar öz acınacaqlı dövrünü yaşayır. Daha dəqiq desək, dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.Milli.Az CTV-yə istinadən xəbər verir ki, belə hamamlardan biri rayonun Heydər Əliyev prospektində yerləşən Kiçik bazar hamamıdır. Hamamın tarixi düz XIX əsrin əvvəllərinə söykənir. Sözügedən ərazidə yaşayan sakinlər deyirlər ki, o vaxtlar bu hamamdan tez-tez istifadə edirlərmiş. İllər keçdikcə təmir olunmadığından dağılmaq təhlükəsi ilə üz-üzə qalan hamamın indisə, sadəcə, zahiri görünüşü qalıb.Mövcudluğu sual altında qalan tarixi hamamlardan biri də şəhərin böyük bazar ərazisində yerləşən Hacı Mirzə hamamıdır. Bu hamam isə XX əsrin yadigarıdı. Binanın tarixi abidə olduğunu yalnız fasadına vurulan lövhədən bilmək olur. Əraziyə kanalizasiya suları dolub. Binanın içi isə sadəcə. kimsəsiz tikilini xatırladır. Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin Tarixi Abidələr üzrə baş məsləhətçisi Vamiq Babayev bildirir ki, bununla bağlı təkliflər hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə göndərilib və bu təkliflər əsasında da inanırıq ki, bu hamamaların bərpası öz həllini tapacaq. Bərpa olunana qədər idarə tərəfindən bunlar nəzarətdədir, əhali tərəfindən dağıdılmaması üçün işlər görülür.Hər iki tarixi abidə restavrasiya edilməsi üçün Dövlət İnvestisiya Proqramına salınıb, vəsait ayrıldıqdan sonra bərpa işlərinə başlanacaq.
Mənbə:Milli.Az