Qadin.NET / Yenilənmiş Nissan 370Z - FOTO

Yenilənmiş Nissan 370Z - FOTO

Nissan şirkəti rəhbərliyinin vəd etdiyi kimi hər il Şimali Karolinada keçirilən ZDayZ sərgisində 370Z NISMO idman kupesinin rəsmi premyerası keçirilib. Yenilənmiş üslub və yeni ötürücü qutu – Amerika KİV –ləri yeni modelin nümayişini belə səciyyələndiriblər.Milli.Az 4charx.com-a istinadən bildirir ki, 2015-ci model ilinin Nissan 370Z NISMO modelinə baxdıqda avtomobilin öz sələfindən daha artıq aqressiv göründüyünü qeyd etmək olar. O daha çox GT-R modelinə banzəməyə başlayıb.Yeni orijinal icranı – qabaqda qırmızı spoyleri qeyd etməmək olmaz. Belə rəng icraatı yenilənmiş Nissan 370Z NISMO 2015 idman kupesinə orijinallıq və idmançı görkəm verib. Bundan başqa yeni avtomobil yenidən işlənmiş yan ətəklər, yeni arxa spoyler və tünd-boz rəngli 19 düymlük orijinal döymə alüminium disklərlə də təchiz edilib. 

Kupenin salonunda Recaro idman kürsüləri quraşdırılıb, çoxlu dəri və alkantaradan istifadə edilib. Bir qayda olaraq analoji avtomobillərin əksəriyyətində olduğu kimi sükan çarxı zamşa ilə üzlənib. Yeri gəlmişkən, bu ona görə belə edilir ki, sürücü bu unukal materialın sürtünməsinin qarşısını alan xüsusi yarış əlcəklərindən istifadə etsin. Qırmızı taxometrə isə söz ola bilməz. Çox gözəldir, vəssalam.
 Mənbə:Milli.Az
17 may 2014
GO BACK