Türkiyədə xarici ölkələrin tələbələri mədənçilər üçün dua edib. ANS PRESS-in məlumatına görə, Zonguldak Bülent Ecevit Universitetində oxuyan tələbələr və ölkələrindəki müharibədən qaçaraq Türkiyəyə sığınan qaçqınlar Somada baş verən mədən faciəsində dünyasını dəyişənlər üçün toplanıb. Mədənçi büstü qarşısında əllərində öz ölkələrinin bayraqları olan Azərbaycan, Somali, Əfqanıstan, Fələstin, Pakistan, İraq, Suriya, Misir, Kosovo və İndoneziyalı bir qrup şagird mətbuat açıqlaması verib. Xarici tələbələr adına çıxış edən Mohamed Aydarus Əhməd Somada baş verən faciəyənin ortaq ağrımız olduğunu söyləyib:
"Siz qardaşlarımızın bu acı günündə yanınızda olmaq istəyirik. Türkiyə bizim hər zaman çətin günümüzdə yanımızda olub. Biz, Türkiyənin bu çətin günlərində dualarımızla yanınızdayıq. Somadaki mədən ocağında qapalı vəziyyətdə qalanlara sağ-salamat xilas olmaları üçün dua edirik. Yaralılara şəfa diləyirik. Mədən şəhidi qardaşlarımıza allahdan rəhmət, ailələrinə səbr diləyirik".
Mətbuat açıqlamasından sonra tələbələr Somada dünyasını dəyişmiş mədənçilər üçün dualar edib və mədəndə qalanların sağ-salamat xilas olmalarını arzu ediblər.