10 yaşlı Braziliya sakini Marsel Fernandes SMS yazmağın sürətinə görə dünya rekordu vurub. Yerli KİV xəbər verir ki, cümə axşamı onun uğuru Ginnesin Rekordlar Kitabına salınıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.
Ötən ay Nyu-Yorkda keçirilən yarışın iştirakçıları telefonda ingilis dilində aşağıdakı ifadəni yazmalı idilər: "Serrasalmus və Pygocentrus növündən olan itidişli piranyalar dünyada şirin suda yaşayan ən yırtıcı balıqlardır. Amma onlar əslində adamlara çox nadir hallarda hücum edirlər" ("The razor-toothed piranhas of the genera Serrasalmus and Pygocentrus are the most ferocious freshwater fish in the world. In reality they seldom attack a human"). Fernandes bu tapşırığın öhdəsindən 18,19 saniyəyə gəlib. Bundan əvvəlki rekord 18,44 saniyə idi.
Yeniyetmənin sözlərinə görə, 2009-cu ildə stolüstü kompüterini sındırdığına və yenisini almağa pulu olmadığına görə yalnız smartfondan istifadə etməyə başladığı vaxt özünün mükəmməl sürətli mesaj yazmaq bacarığını inkişaf etdirib. Braziliya kollecində fizikanı öyrənən Fernandes həmçinin SMS göndərmək aludəçisi olmadığını etiraf edib.
Mənbə:trend.az