Yollarda vəziyyətin təhlükəsiz olması üçün tək sürücülər deyil, piyadalar da yol hərəkəti qaydalarına əməl etməlidirlər. Bizə uşaqlıqdan bu qaydaları öyrədirlər, ancaq onları tez unuduruq. Çünki özümüz üçün rahat olan davranışa üstünlük veririk. Bəs siz piyada olanda yol hərəkəti qaydalarına əməl edirsiniz? Yolu necə keçirsiniz? Yeraltı keçidlərdən istifadə edirsinizmi? Milli.Az xəbər verir ki, Day.Az saytı bu sualları Azərbaycanın xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova ünvanlayıb. "Düzünü desəm, mən nadir hallarda avtomobillərdən istifadə edirəm. Şəhərdə piyada gəzməyi daha çox xoşlayıram. Həmişə yol hərəkəti qaydalarına əməl etməyə çalışıram. Yalnız icazə verilən yerdə yolu keçirəm və yeraltı keçidlərdən istifadə edirəm. Ancaq istisnalar da olur. Bu işə gecikəndə olur. Bütün piyadaları qaydalara əməl etməyə çalışıram. Onda qəzalar və insan tələfatları da az olar", - o deyib.