Qadin.NET / Google vəd verdi

Google vəd verdi

Avropa İttifaqı (Aİ) Məhkəməsinin qərarına görə, Google şirkəti fərdi məlumatların mühafizəsi haqqında Avropa qanunlarına riayət etməklə axtarış sisteminə düzəlişlər edəcək.Aİ Məhkəmə instansiyasının məlumatına əsasən, bir sıra hallarda maraqlı şəxslər şirkətə köhnəlmiş, bilavasitə onlara aid olmayan məlumatların ləğv edilməsi xahişi ilə müraciət edə bilərlər. Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəllər Google nümayəndələri onların internetdə axtarış sisteminə nəzarət etmək imkanından məhrum olmalarını və açıq istifadədə olan fərdi məlumatların əldə edilməsinə görə məsuliyyət daşımadıqlarını bildiriblər. Sorğu ilə informasiyanın tapılmasına görə məsuliyyəti məlumatın yerləşdirildiyi sayt sahibi daşıyır, şirkət yalnız xəbərə istinad verir. 

Aİ Məhkəməsi bu qərarı İspaniya vətəndaşının iddiası əsasında çıxarıb. İddiaya görə, Google axtarış sisteminə iddiaçının adı daxil edilən zaman onun 1998-ci ildə borca görə evinin satılması ilə bağlı köhnə elanı görmək mümkün olub. İspaniyada ümumilikdə 180 belə iddia qaldırılıb. Qeyd edək ki, Google ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda Google dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bağlı olan onlayn reklam təşkil edir.
Google-a axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar YouTube videohostinqi məxsusdur, Gmail poçt servisi və Google+ sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün Android əməliyyat sisteminin tərtibatçısıdır.
 Mənbə:Milli.Az
17 may 2014
GO BACK