Fransanın Parrot şirkətinin nümayiş etdirdiyi Bebop pilotsuz təyyarəsini smartfon və ya planşetin köməyi ilə idarə etmək olar. Dron balıq gözü tipli 14 meqapiksellik kamera ilə təchiz edilib ki, bu da 180 dərəcə baxış bucağına imkan yaradır və 1080p formatında çəkiliş aparmağa icazə verir.Bebop, həmçinin yeni sabitləşmə sistemi ilə təchiz edilib. Bundan başqa, əvvəlki nəsillər kvadrokopterlərdən fərqli olaraq, yeni model simsiz siqnalın yüksək etibarlılığı ilə seçilir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, daxili GPS modulu pilotsuz təyyarəni bu və ya digər istiqamətdə uçuş üçün proqramlaşdırmağa icazə verir. Çəkilmiş material 8 Gb-lıq fləş-daşıyıcıda saxlanılır. Bebop mobil qurğunun köməyi ilə idarə olunur: bunun üçün iPhone və ya Android smartfona Freeflight 3.0 tətbiqini quraşdırmaq lazımdır. Müəyyən məbləğ ödəyərək HDMI porta malik Skycontroller kontrollerini satın almaqla təsviri xarici monitor və ya televizora çıxartmaq olar. Wi-Fi siqnalını gücləndirən pultun 4 əlavə antenası dronun uçuş uzaqlığını 2 kilometrədək artırmağa imkan verir. Parrot kvadrokopterinin əsas çatışmazlığı az tutumlu akkumulyatordur (1200 milliamper/saat). Bebop enerji ilə tam doldurulmuş akkumulyatorla havada 12 dəqiqə qalır.
Bebop pilotsuz təyyarəsinin qiyməti hələ ki açıqlanmır
Mənbə:Milli.Az