Qadin.NET / Google Glass artıq açıq satılır

Google Glass artıq açıq satılır

Artıq dünəndən etibarən ABŞ-ın istənilən sakini Google Glass smart eynəyini satın ala bilər. 152 dollarlıq maya dəyərinə malik yüksəktexnologiyalı oyuncaq 1500 dollara başa gəlir. Bir ay əvvəl Google Glass artıq birgünlük açıq satışa çıxarılıb.Milli.Az ICTnews-ə istinadən bildirir ki, qurğunu kütləviləşdirmək üçün Google, ehtimal ki, qiymətə yenidən baxmalı olacaq.Google-un smart eynəyinə noutbuk və ya iki qabaqcıl smartfonun qiymətində pul xərcləmək istəyənləri HIS analitik şirkəti tərəfindən dərc edilmiş informasiya, yəqin ki, düşünməyə vadar edəcək. Glass eynəyini komponentlərə ayıraraq hər birinin qiymətini aydınlaşdırmış ekspertlərin məlumatına görə, Google Glass eynəyinin ümumi qiyməti cəmi 152 dollar 47 sent təşkil edir.

 Mənbə:Milli.Az
17 may 2014
GO BACK